Təbiət və Qadınlıq: Diana Şpunqinin Vizual Səyahəti Salaam Mədəniyyət Məbədində təqdim olunan “Cavab təbiətdir” sərgisi, rəssam Diana Şpunqinin təbiətlə insan arasındakı incə və mürəkkəb əlaqəni poetik şəkildə tədqiqidir. Bu sərgi 24 may tarixində “Təbiət Zamanı. Pop-up beynəlxalq ekofeminizm mədəniyyət festivalı” çərçivəsində keçirilib və ekofeminizm ideyasını — təbiətin və qadınların birlikdə qarşılaşdığı təzyiqləri və mübarizəni — sənət vasitəsilə əks etdirir. Festival Azərbaycanın Əməkdar Rəssamı Sabina Şıxlinskayanın mentorluğu, Aynur Abutalıbovanın kuratorluğu və Aqnessa Tariverdiyevanın menecerliyi ilə baş tutub. Sərginin açılış günü rəssam gələn qonaqlarla birlikdə sərgini gəzərək öz işləri haqqına məlumat verib. |